QR CodeQR Code

İraq Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasına şikayət edib

إسلام تايمز , 18 May 2022 20:31

İslamTimes: İraqın BMT-dəki nümayəndəsi Məhəmməd Hüseyn Bəhr əl-Ulum bu gün Türkiyə ilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb


“Al-Maslah” xəbər saytının məlumatına görə, İraq nümayəndəsi Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxışından sonra bütün türk qoşunlarının İraqı tərk etməsini tələb edib.

Məhəmməd Hüseyn Bəhr əl-Ulum deyib: “Bu saatdan sonra Kürdüstan Fəhlə Partiyasının hücumları Türkiyə qüvvələrinin İraq torpaqlarında olması üçün bəhanə kimi qəbul edilməyəcək”.

“Al-Maslah” vurğulayıb ki, İraqın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Bağdadın Türkiyə ordusunun İraq daxilində hərəkətləri ilə bağlı rəsmi şikayətini Təhlükəsizlik Şurasına təqdim edib.


Story Code: 994918

News Link :
https://www.islamtimes.org/az/news/994918/iraq-türkiyə-ilə-bağlı-təhlükəsizlik-şurasına-şikayət-edib

Islam Times
  https://www.islamtimes.org