0
Wednesday 18 May 2022 - 21:01

Rusiya: Qərb hətta özünün qırmızı xətlərini də pozub!

Story Code : 994919
Rusiya: Qərb hətta özünün qırmızı xətlərini də pozub!
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb ölkələri öz dəyərlərini təhrif edib və özü mühüm saydığı dəyərləri belə pozub.

Tass xəbər agentliyinin məlumatına görə, Zaxarova Belarus Belta xəbər agentliyinə müsahibəsində deyib:

"Məncə, Qərb təkcə bizim qırmızı xətlərimizi deyil, özünün də qırmızı xətlərini pozub! Onlar bəyan ediblər ki, ifadə azadlığı, beynəlxalq hüquq, demokratiya onların əsas dəyərləridir. Amma özləri bütün bu "dəyərlərini" tapdalayıblar və bütün qırmızı xətləri keçiblər”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Moskva İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq stabilliyi qorumaq üçün bütün mümkün imkanlardan istifadə edib.

Zaxarova əlavə edib ki, Qərbin anti-Rusiya sanksiyalarına və digər qərəzli davranışlarına baxmayaraq, Rusiya Qərblə anlaşma əldə etməyə və son dəqiqəyə qədər danışıqlara hazırdır.