0
Wednesday 18 May 2022 - 23:40

İŞİD-in Salahəddində Həşd əş-Şəbiyə hücumu zərərsizləşdirilib

Story Code : 994951
İŞİD-in Salahəddində Həşd əş-Şəbiyə hücumu zərərsizləşdirilib
"Shafaq News" internet saytı xəbər verir ki, (Həşd əş-Şəbiyə bağlı) İraq Könüllü Qüvvələri Batalyonu bu gün Səlahəddin əyalətinin Makhul dağında İŞİD ünsürlərinin hücumunu dəf etdiyini açıqlayıb.

Qurumun bəyanatında deyilir:

"İraq Könüllü Qüvvələrinin 51-ci Briqadası bu gün Səlahəddin əyalətinin Makhul dağında İŞİD ünsürlərinin hücumunu dəf edib. Könüllü Qüvvələr briqadanın mühafizə bölmələrinə hücum etməyi planlaşdıran bir qrup İŞİD üzvünə atəş açıb və onları geri çəkilməyə və qaçmağa məcbur edib..."

Suriya ordusunun keçmiş komandanı, təhlükəsizlik məsələləri üzrə analitik Turki əl-Həsən da bu yaxınlarda bildirib ki, ABŞ və Britaniya hərbçiləri Suriyada, İraq sərhədinə yaxın olan Əl-Tanf hərbi bazasında terrorçulara təlim keçir və bu yaxınlarda İraqa 70-ə yaxın maşın keçirib.