0
Thursday 19 May 2022 - 11:30

National Interest: Türkiyə Rusiya ilə münasibətləri korlaya bilməz

Story Code : 995018
National Interest: Türkiyə Rusiya ilə münasibətləri korlaya bilməz
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir k, bu barədə analitik Harun Karçik “National Interest” jurnalında dərc olunan məqalədə yazıb.

Karçik, Türkiyənin təbii qazının 45%-ni, neftin 17%-ni və buğdanın 70%-ni Rusiyanın təmin etdiyinə diqqət çəkib.

Onun sözlərinə görə, 2021-ci ildə ümumi turist axınının 19%-ni rusiyalı turistlər təşkil edib, "Rosatom" isə 2023-cü ildə Türkiyədə fəaliyyətə başlaması nəzərdə tutulan ilk atom elektrik stansiyasını tikir.

"Türk lirəsinin bir ildən az müddətdə 47% dəyər itirdiyi bir vaxtda Türkiyə belə həyati tərəfdaşını itirməyə göz yuma bilməz", deyə Karçik bildirib.

Müəllif onu da qeyd edir ki, 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd hər iki ölkə prezidentini bir-birinə daha da yaxınlaşdırıb.

"Ankara çox güman ki, Ukrayna və Rusiya yönümlü yox, tamamilə Türkiyə yönümlü praqmatik xarici siyasət yürütməyə davam edəcək", deyə Karçik məqalədə qeyd edib.