QR CodeQR Code

National Interest: Türkiyə Rusiya ilə münasibətləri korlaya bilməz

19 May 2022 11:30

İslamTimes: Rusiya Türkiyənin mühüm ticarət tərəfdaşıdır və Rusiyanın “Rosatom” şirkəti ölkənin ilk atom elektrik stansiyasının tikintisini başa çatdırır, ona görə də Ankara belə “həyati vacib tərəfdaşı” itirməyə göz yuma bilməz.


SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir k, bu barədə analitik Harun Karçik “National Interest” jurnalında dərc olunan məqalədə yazıb.

Karçik, Türkiyənin təbii qazının 45%-ni, neftin 17%-ni və buğdanın 70%-ni Rusiyanın təmin etdiyinə diqqət çəkib.

Onun sözlərinə görə, 2021-ci ildə ümumi turist axınının 19%-ni rusiyalı turistlər təşkil edib, "Rosatom" isə 2023-cü ildə Türkiyədə fəaliyyətə başlaması nəzərdə tutulan ilk atom elektrik stansiyasını tikir.

"Türk lirəsinin bir ildən az müddətdə 47% dəyər itirdiyi bir vaxtda Türkiyə belə həyati tərəfdaşını itirməyə göz yuma bilməz", deyə Karçik bildirib.

Müəllif onu da qeyd edir ki, 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd hər iki ölkə prezidentini bir-birinə daha da yaxınlaşdırıb.

"Ankara çox güman ki, Ukrayna və Rusiya yönümlü yox, tamamilə Türkiyə yönümlü praqmatik xarici siyasət yürütməyə davam edəcək", deyə Karçik məqalədə qeyd edib.


Story Code: 995018

News Link :
https://www.islamtimes.org/az/news/995018/national-interest-türkiyə-rusiya-ilə-münasibətləri-korlaya-bilməz

Islam Times
  https://www.islamtimes.org