QR CodeQR Code

Ərdoğan: “İsveç terrorçuların yuvasıdır”

19 May 2022 13:16

İslamTimes: NATO təhlükəsizlik təşkilatıdır, bu səbəbdən ora terror təşkilatlarını qəbul edə bilmərik.


Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşü zamanı deyib.

O bildirib ki, yeni üzvlərin qəbul olunması üçün tam razılıq tələb olunur:

"Bir ölkə "yox" desə, qəbul edə bilməzlər. NATO təhlükəsizlik qurumudur, oraya terror təşkilatlarını qəbul edə bilmərik. İsveç isə terror mərkəzidir, terrorçuların yuvasıdır. Biz qəti şəkildə siyasətimizi davam etdirəcəyik, Finlandiya ilə İsveçin NATO-ya üzvlüyünə "yox" deyəcəyimizi bildirmişik".


Story Code: 995046

News Link :
https://www.islamtimes.org/az/news/995046/ərdoğan-isveç-terrorçuların-yuvasıdır

Islam Times
  https://www.islamtimes.org