QR CodeQR Code

"İran Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazırdır"

إسلام تايمز , 19 May 2022 18:21

İslamTimes: "Ümid edirik ki, dünyanın hər yerində sülh, sabitlik və təhlükəsizlik bərqərar olacaq..."


İran Xarici İşlər Naziri Əmir Hüseyn Abdullahian İran İslam Respublikasının müharibə variantından istifadə edilməsinə və sanksiyalara qarşı olduğunu bildirib. XİN başçısı qeyd edib ki, rəsmi Tehran Ukrayna münaqişəsində atəşkəs bərqərar edilməsini və tərəflərin danışıqlar masasına geri dönməsini dəstəkləyir: O deyib:

"İran İslam Respublikası Rusiya ilə yüksək səviyyədə olan münasibətlərinə əsaslanaraq, Ukrayna münaqişəsinin həlli üçün istənilən diplomatik səyləri dəstəkləyir və bu böhranın həllində vasitəçilik etməyə və kömək etməyə hazırdır."

Xatırladaq ki, Hüseyn Əmir Abdullahian bu yaxınlarda Polşa xarici işlər naziri ilə birgə mətbuat konfransında Ukraynada və dünyanın istənilən yerində müharibənin əleyhinə olduğunu bildirmişdi:

"Ukrayna və Rusiya arasında siyasi danışıqlar ölkədə hərbi əməliyyatların dərhal dayandırılmasına və atəşkəsə gətirib çıxarmalıdır."

İran XİN başçısı Ukrayna Xarici İşlər Naziri ilə telefon danışıqlarına da toxunub və əlavə edib:

Üç dəfə Ukraynanın xarici işlər naziri ilə bu ölkədə baş verən proseslərlə bağlı danışığım olub. Əfqanıstanın qonşularının xarici işlər nazirlərinin Çində keçirilən görüşü çərçivəsində və Moskvada cənab Lavrovla görüşdüm. Ukrayna xarici işlər nazirinin atəşkəs və danışıqlara hazır olma mesajını çatdırdım. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Ümid edirik ki, dünyanın hər yerində sülh, sabitlik və təhlükəsizlik bərqərar olacaq..."


Story Code: 995096

News Link :
https://www.islamtimes.org/az/news/995096/iran-rusiya-və-ukrayna-arasında-vasitəçilik-etməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org