QR CodeQR Code

Ərdoğanla Conson arasında MÜZAKİRƏ: ən böyük problem açıqlandı

21 May 2022 05:38

IslamTimes: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.


Publika.azxəbər verir ki, bu barədə Türkiyə Prezident Administasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətləri və regional hadisələr, o cümlədən Ukrayna ilə Rusiya arasındakı müharibə müzakirə edilib.

R.T.Ərdoğan İsveç və Finlandiyanın PKK/YPG terror təşkilatının nəzarətində olan şəxslər və qondarma strukturlarla əlaqələrinin böyük problem olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Ankara Finlandiya və İsveçin NATO dəyərlərinə dəstək verəcəyinə və Türkiyənin qanuni maraqlarının nəzərə alınacağına əmin olmalıdır.

R.T.Ərdoğan ictimaiyyətinin terrora dəstək verən ölkələrin NATO-ya üzvlük müraciətinə ədalətli reaksiyasına məhəl qoyulmasının yolverilməzliyinə də diqqət çəkib.


Story Code: 995302

News Link :
https://www.islamtimes.org/az/news/995302/ərdoğanla-conson-arasında-müzakirə-ən-böyük-problem-açıqlandı

Islam Times
  https://www.islamtimes.org