QR CodeQR Code

Ərəb kolisiyası Yəmənin neft tankerini ələ keçirdi

21 May 2022 06:00

İslamTimes: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin Xodeyda limanına neft məhsulları daşıyan tankeri giriş icazəsi olmasına baxmayaraq, saxlayıb.


Axar.az xəbər verir ki, bu barədə cümə günü Yəmənin neft şirkəti “Yemen Petroleum Company” məlumat yayıb.

"30 min tondan çox dizel yanacağı daşıyan "Pericles" gəmisi BMT-dən giriş icazəsi olmasına baxmayaraq, yoxlamadan sonra saxlanılıb", - deyə bildirilib.

Məlumata görə, bununla da ərəb koalisiyasının əlində olan gəmilərin sayı üçə çatıb.


Story Code: 995303

News Link :
https://www.islamtimes.org/az/news/995303/ərəb-kolisiyası-yəmənin-neft-tankerini-ələ-keçirdi

Islam Times
  https://www.islamtimes.org