QR CodeQR Code

Putin: “Rusiyaya qarşı əsl müharibə başlayıb”

21 May 2022 06:26

İslamTimes: “Donbassda xüsusi hərbi əməliyyat başlayandan sonra problemlər daha da kəskinləşdi. Rusiyaya qarşı əsl təcavüz başladı”.


Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının iclasında prezident Vladimir Putin bildirib.

Rusiya Federasiyasının prezidenti bildirib ki, media, maliyyə institutları, sosial əhəmiyyətli portal və şəbəkələr, o cümlədən hakimiyyət orqanları hücuma məruz qalır.

O, hakerlərin taktikasını belə təsvir edib: “Rusiyanın internet resurslarına giriş bağlanır, informasiya əlçatmaz olur. Eyni zamanda, ən qabaqcıl alqoritmlər və birləşmiş texnologiyalardan istifadə edilir Ölkənin kibertəhlükəsizliyinə qarşı təhdidlərin və çağırışların xarakteri sürətlə dəyişir və bunu nəzərə almaq lazımdır".

 


Story Code: 995304

News Link :
https://www.islamtimes.org/az/news/995304/putin-rusiyaya-qarşı-əsl-müharibə-başlayıb

Islam Times
  https://www.islamtimes.org