QR CodeQR Code

İranlı nazir öncəki Tehran-Bakı razılaşmalarının icrasını vurğulayıb

21 May 2022 07:08

İslamTimes: İranın energetika naziri İran ilə Azərbaycan Respublikası arasında öncə əldə olunmuş razılaşmalara əməl edilməsi və iki ölkə əlaqələrinin genişləndirilməsini vurğulayıb.


SəhərAzəri-nin məlumatına əsasən, İranın energetika naziri Əli Əkbər Mehrabian Tehranda Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev ilə görüşdə, qarşı tərəflə, qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıb.

İki ölkə əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edən tərəflər ikitərəfli əməkdaşlıqlar üzrə imkanları olduqca münasib adlandırıb,/ hidroenergetikanın birgə inkişafı qarşısında duran maneələrin aradan qaldırılmasını vurğulayıblar.

İranın energetika naziri və Azərbaycan Respublikasının baş nazir müavini həmçinin İran, Rusiya və Azərbaycan Respublikasının elektrik şəbəkələrinin sinxronlaşdırılması layihəsinə toxunublar. Tərəflər maneələrin aradan qaldırılması və layihənin tez bir zamanda həyata keçirilməsini istəyiblər.

İran-Azərbaycan Respublikası əlaqələri iki ölkə prezidentlərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2021-ci il noyabrın 28-də Aşqabadda keçirilən sammiti çərçivəsindəki görüşündən sonra daha çox sürət alıb. Bu görüşdən sonra iki ölkə rəsmiləri arasındakı danışıqlar ticari və iqtisadi sahələr də daxil olmaqla əlaqələrin genişləndirilməsi məqsədilə müntəzəm şəkildə davam edibdir.

 


Story Code: 995308

News Link :
https://www.islamtimes.org/az/news/995308/iranlı-nazir-öncəki-tehran-bakı-razılaşmalarının-icrasını-vurğulayıb

Islam Times
  https://www.islamtimes.org