0
Saturday 21 May 2022 - 19:37

"Avropa rəsmiləri ABŞ-ın BHFP sazişinin bərpasına problem yaratdığı üçün narahatdır"

Story Code : 995417
"Avropa rəsmiləri ABŞ-ın BHFP sazişinin bərpasına problem yaratdığı üçün narahatdır"
Bu barədə Amerikanın “Diplomat” saytı məlumat yayıb və bildirib ki, hazırkı və sabiq Avropa rəsmiləri ABŞ prezidenti Co Bayden administrasiyasının çox simvolik bir mövzu üzündən BHFP nüvə sazişinin bərpasına problem yaratmasından narahatdırlar.

Bu barədə "Diplomat" saytının amerikalı müxbiri Laura Rozen məlumat verib və deyib ki, İrana qarşı birtərəfli sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarında iştirak edən avropalı diplomat adının açıqlanmasını istəmədiyini bildirərək deyib: "Razılaşma imzalanmadan ötən hər gün hər şeyi itirmək riskini kəskin şəkildə artırır”.

Avropalı diplomat ABŞ və İranı nəzərdə tutaraq deyib: "Mənim gördüyüm qədər hər iki tərəf müxtəlif istiqamətlərdə hərəkət edir və fasilə azalmır..."