0
Saturday 21 May 2022 - 20:04

Qətər XİN başçısı: İran nüvə probleminin mötədil şəkildə həllinə hazırdır

Story Code : 995431
Qətər XİN başçısı: İran nüvə probleminin mötədil şəkildə həllinə hazırdır
Qətərin xarici işlər naziri Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində nüvə problemi məsələsinə toxunaraq, İran İslam Respublikasının problemi mötədil şəkildə həll etməyə hazır olduğunu açıqlayıb.

“Əl-Cəzirə”nin məlumatına görə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani deyib ki, İranın nüvə problemi ilə bağlı ortaq məxrəcə gəlinməsi Fars Körfəzi hövzəsində sabitliyə kömək edəcək.

O əlavə edib: "Bazara əlavə miqdarda İran neftinin çıxarılması xam neftin qiymətinin sabitləşməsinə və inflyasiyanın azalmasına da kömək edəcək."