0
Saturday 21 May 2022 - 21:54

Ağ Ev Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq istəyir

Story Code : 995433
Ağ Ev Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq istəyir
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Prezidenti Co Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik.

ABŞ prezidenti qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir.

Baydenin bu açıqlaması elə bir haldadır ki, onun dövləti Qarabağ ermənilərinə yeni statusun verilməsində və uzunmüddətli siyasi həll yolunun tapılmasında israrlı qalaraq Azərbaycan Respublikasının dilayısı ilə ərazi bütövlüyünü və suverenliyini şübhə altında qoymaqda davam edir. Lakin Amerika prezidentinin İlham Əliyevə məktubunda Rusiya təhlükəsini xatırladaraq suverenlik ifadəsini işlətməsi onun təfriqəçi niyyətindən xəbər verir və bununla da Bayden Azərbaycanda Rusiyaya qarşı düşmənçilik ovqatı yaratmaq istəyir.

Baydenin məktubunda sonra qeyd olunur ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır.

Maraqlıdır ki, Azərbaycan dövlətindən fərqli olaraq Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin hələ tam həll olunmadığı qənaətindədir.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays-ın da açıqlaması diqqət çəkir.

O dünən Turan Xəbər Agentliyinin müxbiri ilə müsahibədə deyib: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq və hərtərəfli sülh sazişi bağlamaqla normallaşdırmaga çağırırıq".

Prays həmçinin Azərbaycan üçün bitmiş Minsk Qrupunun mövcudluğuna toxunaraq deyib: “Biz ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistana və Azərbaycana bu səylərdə kömək etməyə hazırıq”.