QR CodeQR Code

Əl-Həlbusi: İraq parlamenti İsrail ilə hər hansı normallaşmanı rədd edir!

إسلام تايمز , 21 May 2022 21:38

İslamTimes: İraq parlamentinin sədri deputatların İraq parlamentində sionist rejimlə əlaqələrin normallaşmasına mane olmaq qərarı barədə açıqlama verib.


İraq parlamentinin sədri Məhəmməd əl-Həlbusi bu gün Ərəb Parlament İttifaqının 33-cü fövqəladə konfransında çıxış edərək, sionistlərin işğal olunmuş Fələstindəki cinayətlərinə və fələstinli jurnalist Şirin Əbu Əqlanın şəhadətinə toxunub. Məhəmməd əl-Həlbusi bildirib ki, bu cinayətlər əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirilir. O işğalçı sionistlərin bütün bəşəri dəyərləri və prinsipləri pozduğunu və beynəlxalq hüququ açıq şəkildə ayaq altına aldığını bildirib.

NAS xəbər saytının məlumatına görə, o, daha sonra sionist rejimlə münasibətlərin normallaşdırılmasına qarşı olduğunu bildirib və deyib:

“Fələstin onillər ərzində İraqın gündəmində, əsas məsələlərdən olub və İraq Nümayəndələr Şurası sionist işğalçılarla normallaşmanı qadağan etmək üçün cəsarətli qərar qəbul edib. İşğal olunmuş ərazilərin, xüsusilə də müsəlmanların və xristianların müqəddəs məkanlarında sabitlik hökm sürməsi üçün ərəb ölkələri arasında vahid mövqe sərgilənməlidir. Beynəlxalq səviyyədə aydın mövqe nümayiş etdirilməlidir ki, Fələstinin xeyrinə beynəlxalq qətnamələr verilsin”.


Story Code: 995448

News Link :
https://www.islamtimes.org/az/news/995448/əl-həlbusi-iraq-parlamenti-israil-ilə-hər-hansı-normallaşmanı-rədd-edir

Islam Times
  https://www.islamtimes.org