0
Sunday 22 May 2022 - 00:00

Naftali Bennet: “İsrail” təhlükədədir

Story Code : 995454
Naftali Bennet: “İsrail” təhlükədədir
Sionist rejimdə siyasi gərginlik və iğtişaşların artmasının ardınca bu rejimin baş naziri Naftali Bennet öz Facebook hesabında sionistlərin Fələstin xalqına qarşı cinayətlərinə məhəl qoymadan yazıb:

"İndiki vaxtda birliyimizi qorumalıyıq. Biz Fələstin "terroru" ilə mübarizə aparmalı və onu məğlub etməliyik. İsrailin gələcəyi təhlükədədir."

Bennet elə bir dönəmdə belə açıqlama ilə gündəmə gəlib ki, bir neçə gün öncə Knessetin Moretz partiyasından olan üzvü Qaida Zaabi işğal altındakı Qüdsdə qarşıdurmaların artması və Əl-Cəzirə kanalının tanınmış jurnalisti Şirin Əbu Əqlanın İsrail hərbçiləri tərəfindən qətlə yetirilməsinə etiraz olaraq istefa verib.

ABŞ prezidenti Co Baydenin isə Naftali Bennet hökumətinin süqut edəcəyindən ehtiyatlanaraq işğal olunmuş ərazilərə səfərini ləğv etmək istədiyi bildirilir.