QR CodeQR Code

Naftali Bennet: “İsrail” təhlükədədir

إسلام تايمز , 22 May 2022 00:00

İslamTimes: İşğalçı İsraildə yaşanan siyasi qalmaqalların ardınca Naftali Bennet sionist rejimin gələcəyinin təhlükə altında olduğunu etiraf edib.


Sionist rejimdə siyasi gərginlik və iğtişaşların artmasının ardınca bu rejimin baş naziri Naftali Bennet öz Facebook hesabında sionistlərin Fələstin xalqına qarşı cinayətlərinə məhəl qoymadan yazıb:

"İndiki vaxtda birliyimizi qorumalıyıq. Biz Fələstin "terroru" ilə mübarizə aparmalı və onu məğlub etməliyik. İsrailin gələcəyi təhlükədədir."

Bennet elə bir dönəmdə belə açıqlama ilə gündəmə gəlib ki, bir neçə gün öncə Knessetin Moretz partiyasından olan üzvü Qaida Zaabi işğal altındakı Qüdsdə qarşıdurmaların artması və Əl-Cəzirə kanalının tanınmış jurnalisti Şirin Əbu Əqlanın İsrail hərbçiləri tərəfindən qətlə yetirilməsinə etiraz olaraq istefa verib.

ABŞ prezidenti Co Baydenin isə Naftali Bennet hökumətinin süqut edəcəyindən ehtiyatlanaraq işğal olunmuş ərazilərə səfərini ləğv etmək istədiyi bildirilir.


Story Code: 995454

News Link :
https://www.islamtimes.org/az/news/995454/naftali-bennet-israil-təhlükədədir

Islam Times
  https://www.islamtimes.org