QR CodeQR Code

Təhrir əl-Şam lideri Suriyada Türkiyə nümayəndə heyəti ilə görüşüb

إسلام تايمز , 22 May 2022 00:50

İslamTimes: Suriyanın şimal-şərqindəki İdlib əyalətində olan yerli mənbələr Təhrir əş-Şam terror qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin Türkiyə nümayəndə heyəti ilə görüşdüyünü bildirib.


Əl-Məyadin xəbər şəbəkəsi bu mənbələrə istinadən xəbər verir ki, Türkiyə hərbi heyəti ötən cümə axşamı İdlibin şimalındakı Bab əl-Havi keçidindən Suriyaya daxil olub.

Bu mənbələrin məlumatına görə, Türkiyə nümayəndə heyəti maskalı əsgərləri daşıyan 7 maşın iki zirehli texnikadan ibarət konvoyla Suriya ərazisinə keçib.

Mənbələr bildiriblər ki, nümayəndə heyətini Təhrir əl-Şam qarşılayıb. Daha sonra toplantı üçün keçidin yaxınlığındakı binaya üz tutulub. Əl-Culaninin də öncədən həmin binada Türkiyə nümayəndə heyətini gözlədiyi bildirilib.


Story Code: 995465

News Link :
https://www.islamtimes.org/az/news/995465/təhrir-əl-şam-lideri-suriyada-türkiyə-nümayəndə-heyəti-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org