0
Sunday 22 May 2022 - 00:50

Təhrir əl-Şam lideri Suriyada Türkiyə nümayəndə heyəti ilə görüşüb

Story Code : 995465
Təhrir əl-Şam lideri Suriyada Türkiyə nümayəndə heyəti ilə görüşüb
Əl-Məyadin xəbər şəbəkəsi bu mənbələrə istinadən xəbər verir ki, Türkiyə hərbi heyəti ötən cümə axşamı İdlibin şimalındakı Bab əl-Havi keçidindən Suriyaya daxil olub.

Bu mənbələrin məlumatına görə, Türkiyə nümayəndə heyəti maskalı əsgərləri daşıyan 7 maşın iki zirehli texnikadan ibarət konvoyla Suriya ərazisinə keçib.

Mənbələr bildiriblər ki, nümayəndə heyətini Təhrir əl-Şam qarşılayıb. Daha sonra toplantı üçün keçidin yaxınlığındakı binaya üz tutulub. Əl-Culaninin də öncədən həmin binada Türkiyə nümayəndə heyətini gözlədiyi bildirilib.