0
Sunday 22 May 2022 - 08:55

İran qazı Omana nəql olunacaq

Story Code : 995501
İran qazı Omana nəql olunacaq
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Omana səfər edən İranın neft naziri Cavad Oci ilə omanlı həmkarı Məhəmməd bin Həmd-ül Rəmhi arasında keçirilən görüşdən sonra jurnalistlərə məlumat verilib.

Bildirilir ki, İran qazının Omana nəqli üçün boru kəmərinin tikintisi üzrə danışıqların bərpasına dair razılıq əldə edilib.
Həmçinin Henqam neft yatağının birgə işlənməsi haqqında razılaşma əldə olunub.
Henqam yatağı İran və Oman arasında yeganə birgə neft yatağıdır.