QR CodeQR Code

Rusiya ilə toqquşma ehtimalı artıb

22 May 2022 09:05

İslamTimes: ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon bu dövlətin beynəlxalq təhlükəsizliyə ziyan vurduğuna toxunmadan Rusiya ilə toqquşma ehtimalının artdığını açıqlayıb.


SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb.

O, bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb.

General deyib: “Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”

Mark Milleyin sözlərinə görə, Birləşmiş Ştatlar getdikcə qeyri-sabit dünyaya qədəm qoyur: Dünya böyük güclər arasında beynəlxalq münaqişə potensialına malikdir. Bu potensial azalmaqda deyil, artmaqdadır.

Amerikalı general Birləşmiş Ştatların dünyanı xaosa sürükləyən provokasiyaları və təkqütblü sistem yaratmaq üçün can atması məsələsinə toxunmayıb.

 


Story Code: 995502

News Link :
https://www.islamtimes.org/az/news/995502/rusiya-ilə-toqquşma-ehtimalı-artıb

Islam Times
  https://www.islamtimes.org