0
Sunday 22 May 2022 - 20:36

İran prezidenti gələn həftə ərəb dövlətlərinə səfərə gedir

Story Code : 995558
İran prezidenti gələn həftə ərəb dövlətlərinə səfərə gedir
SalamNews İran mətbuatına istinadən xəbər verir ki, İbrahim Rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftənin ilk günü Oman Sultanlığına gedəcək.

Burada qarşılıqlı əlaqələrlə yanaşı nüvə sazişinin bərpası və Yəmən münaqişəsi də müzakirə ediləcək.

Qeyd edək ki, Oman Sultanlığı bir neçə dəfə Qərblə İran arasında, habelə rəsmi ər-Riyadla Tehran arasında vasitəçilik edib.

İran KİV-ləri Rəisinin digər ərəb dövlətlərinə də səfərə gedəcəyini ehtimal ediblər.