QR CodeQR Code

İran XİN sözçüsü Şəhid Sayad Xudayinin terroru barədə danışdı

إسلام تايمز , 22 May 2022 22:02

İslamTimes: İran Xarici İşlər Nazirliyinin sözçüsü şəhid Səyyad Xudayinin bu gün Tehranda terror edilməsinə münasibət bildirib.


İran Xarici İşlər Nazirliyinin sözçüsü şəhid Səyyad Xudayinin bu gün Tehranda terror edilməsinə münasibət bildirərək deyib:
"İranın müqəddəs İslam quruluşunun andlı düşmənləri canlarını əllərinə alaraq yola çıxmış əsgərlərdən daha birini terror etməklə öz bədxahlıqlarını növbəti dəfə nümayiş etdirdilər."

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə əlavə edib:
"Bu qeyri-insani cinayət qlobal istikbarçı dövlətlərlə əlaqəli terrorçu ünsürlər tərəfindən törədilir və təəssüf ki, terrorla mübarizə iddiasında olan ölkələrin dəstəyi və susması ilə müşayiət olunur."

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının qırx ildən artıqdır ki, terror cinayətlərinin qurbanlarından biri olduğunu vurğulayaraq əlavə edib: "Qəlbi daşlamış terrorçular İran xalqının öz uca ideallarına nail olmalarına mane olmağa çalışırlar. Amma bunu undubublar ki, şəhidlərin qanı bu millətin və ölkənin yaşaması və ucalmasına daha da təkan verir."


Story Code: 995565

News Link :
https://www.islamtimes.org/az/news/995565/iran-xin-sözçüsü-şəhid-sayad-xudayinin-terroru-barədə-danışdı

Islam Times
  https://www.islamtimes.org