QR CodeQR Code

Sepah-ın yüksək rütbəli zabitinə qarşı terror aktı törədilib

23 May 2022 09:45

İslamTimes: Tehranda polkovnik Həsən Səyyad Hodayi sui-qəsd nəticəsində öldürülüb.


İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçilər Ordusunun polkovniki terrora məruz qalıb. İslamazeri.com "MEHR"ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun verdiyi açıqlamaya görə, polkovnik Həsən Səyyad Hodayi Tehranın Mücahidin-i İslam küçəsindəki evinin yaxınlığında terror hücumuna məruz qalıb.

İki terrorçunun maşınına açdığı atəş nəticəsində polkovnik Hodayinin şəhid olduğu bildirilib.
Hadisə yerindən qaçan terrorçuları yaxalamaq üçün əməliyyatlara başlanılıb.
 


Story Code: 995645

News Link :
https://www.islamtimes.org/az/news/995645/sepah-ın-yüksək-rütbəli-zabitinə-qarşı-terror-aktı-törədilib

Islam Times
  https://www.islamtimes.org