QR CodeQR Code

Lavrov: Qərb münasibətləri bərpa etmək qərarına gəlsə, Rusiya ciddi şəkildə düşünəcək

24 May 2022 10:43

İslamTimes: Əgər Qərb münasibətlərin bərpası baxımından nəsə təklif etmək istəsə, Rusiya buna ehtiyac olub-olmadığını ciddi düşünəcək.


SalamNews "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov bildirib. Nazir Qərbin rusofob mövqe tutmasının sürətinə heyran olduğunu bildirib.

Lavrov hesab edir ki, döyüş meydanında Rusiyanın məğlubiyyətinə “can atanlar” yəqin ki, məktəbdə yaxşı oxumayıblar və Rusiyanın nə olduğunu bilmirlər.

Həmçinin, diplomatın fikrincə, Rusiya ölkənin təhlükəsizliyinə, iqtisadiyyatına və sosial sferasına təsir edən kritik sənayelərin inkişafını təmin etmək üçün Qərb tədarüklərindən asılılığını dayandırmalıdır.

Rusiya XİN başçısı əlavə edib ki, Moskva yalnız özünə və müstəqil siyasət aparan və etibarlılığını sübut edən dövlətlərə arxalanacaq.


Story Code: 995813

News Link :
https://www.islamtimes.org/az/news/995813/lavrov-qərb-münasibətləri-bərpa-etmək-qərarına-gəlsə-rusiya-ciddi-şəkildə-düşünəcək

Islam Times
  https://www.islamtimes.org