QR CodeQR Code

Çavuşoğlu nöqtəni qoydu – “Türkiyənin şərti budur...”

24 May 2022 15:45

İslamTimes: Fələstin və İsrailə rəsmi səfərə gedən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu təyyarədə jurnalistlərə açıqlamalar verib.


Teleqraf.com xəbər verir ki, Çavuşoğlu ABŞ-la “F-16” müzakirələrinin normal şəkildə davam etdiyini bildirib.

Türkiyənin terrorizmi dəstəklədikləri üçün NATO-ya üzvlük müraciətlərinə qarşı çıxdığı Finlandiya və İsveçdən də danışan nazir deyib:

“İsveç və Finlandiya terrorizmə dəstəyi dayandırmalıdır, konkret addım üçün yazılı razılaşma istəyirik”.

Nazir Finlandiya və İsveçdən olan nümayəndə heyətlərinin bu gün axşam saatlarında Ankaraya gələcəklərini açıqlayıb. Sabah keçiriləcək görüşdə Türkiyə, Finlandiya və İsveç bir masa ətrafında bir araya gələcək.

NATO baş katibinin iştirakı ilə dördtərəfli görüşün də keçirilə biləcəyini deyən Çavuşoğlu bu təklifin alyansın baş katibindən gəldiyini söyləyib.

 


Story Code: 995863

News Link :
https://www.islamtimes.org/az/news/995863/çavuşoğlu-nöqtəni-qoydu-türkiyənin-şərti-budur

Islam Times
  https://www.islamtimes.org