QR CodeQR Code

Çin və Rusiya hərbi hava qüvvələri birgə hava patrulu həyata keçiriblər

24 May 2022 16:15

İslamTimes: Çin və Rusiya hərbi hava qüvvələri Yapon dənizi və Şərqi Çin dənizi üzərində, eləcə də Sakit okeanın qərbində birgə hava patrulu həyata keçiriblər.


APA-nın xəbərinə görə, məlumatı Çinin Müdafiə Nazirliyi (MN) yayıb. Bildirilib ki, birgə uçuşlar Rusiya və Çin arasında illik hərbi əməkdaşlıq planının bir hissəsi olaraq baş tutub. Rusiya MN birgə patrul uçuşlarının 13 saat davam etdiyini açıqlayıb. Çin və Rusiya təyyarələrinin Yaponiya sərhədinə yaxınlaşması ilə əlaqədar Yaponiya qırıcı təyyarələrini havaya qaldırıb. Yaponiyanın müdafiə naziri Nobuo Kişi keçirdiyi mətbuat konfransında bildirib ki, Tokiyo məsələ ilə əlaqədar diplomatik kanallarla həm Rusiya, həm də Çinə “dərin narahatlıqlarını” çatdırıb.


Story Code: 995865

News Link :
https://www.islamtimes.org/az/news/995865/çin-və-rusiya-hərbi-hava-qüvvələri-birgə-patrulu-həyata-keçiriblər

Islam Times
  https://www.islamtimes.org