QR CodeQR Code

Washington Post: Avropa qaz məzənnəsinə görə Rusiyaya təslim olub

إسلام تايمز , 24 May 2022 23:33

İslamTimes: "Avropa Rusiyaya təslim olmuş kimi görünür"


Washington Post qəzeti çərşənbə axşamı yazıb ki, Avropanın enerji şirkətləri Rusiya prezidenti Vladimir Putinin yeni ödəmə sistemi ilə təbii qaz satışı tələbinə təslim olmuş kimi görünür.

“The Washington Post” yazır ki, Avropa qaz şirkətləri qazın kəsilməsindən amanda qalmaq üçün geri çəkilərək Putinə təbliğat müharibəsində qələbəni elan etmək şansı verib.

Rusiya Avropanın sanksiyalarından sonra bildirmişdi ki, artıq “dost olmayan ölkələrə” satılan təbii qazın pulu rublla tələb ediləcək. “The Washington Post” yazır ki, yeni ödəniş sistemi “Qazprombank”da iki hesabın açılmasını tələb edir. Bu ödəniş sistemi avropalılara qazın qiymətini texniki cəhətdən avro ilə ödədiyini iddia etməyə imkan verir, lakin digər tərəfdən Rusiya pulu rublla aldığını da deyə bilər.


Story Code: 995930

News Link :
https://www.islamtimes.org/az/news/995930/washington-post-avropa-qaz-məzənnəsinə-görə-rusiyaya-təslim-olub

Islam Times
  https://www.islamtimes.org