0
Wednesday 25 May 2022 - 00:08

Fransa XİN Rusiyaya qarşı yeni sanksiyalar paketini tezliklə qəbul etməyə çağırıb

Story Code : 995940
Fransa XİN Rusiyaya qarşı yeni sanksiyalar paketini tezliklə qəbul etməyə çağırıb
Rusiya neftindən imtinanı nəzərdə tutan altıncı sanksiyalar paketi ən qısa zamanda qəbul edilməlidir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.

"Ukraynaya uzunmüddətli perspektivdə bütün sahələrdə dəstəyi gücləndirməliyik: maliyyə, iqtisadi, hərbi və humanitar. Rusiya neftindən tədricən imtinanı nəzərdə tutan altıncı sanksiyalar paketini də mümkün qədər tez qəbul etməliyik. Ümid edirik ki, bunu tez bir zamanda etmək mümkün olacaq”, - Kolonna deyib.

Avropa İttifaqı ölkələri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı ardıcıl olaraq beş sanksiya paketi tətbiq ediblər. Qarşıdan gələn altıncı paket çərçivəsində Rusiya neftindən imtina imkanı nəzərdən keçirilir.