QR CodeQR Code

Tehranda 28 May-Müstəqillik günü qeyd edilib

25 May 2022 02:19

İslamTimes: Tehranda 28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib.


APA-nın Tehran bürosunun məlumatına görə, “İstiqlal” otelində 28 May-Müstəqillik günü ilə bağlı mərasim keçirilib.

Mərasimdə İran və Azərbaycan rəsmiləri və Tehranda akkreditasiya olunmuş səfirliklərin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi mərasimin xüsusi qonaqları arasında olub. Mərasimdə çıxış edənlər iki ölkənin gələcək əlaqələrin inkişafında yüksək potensialından danışıblar.

Mərasimdə İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri də iştirak edib.


Story Code: 995941

News Link :
https://www.islamtimes.org/az/news/995941/tehranda-28-may-müstəqillik-günü-qeyd-edilib

Islam Times
  https://www.islamtimes.org