QR CodeQR Code

Ağ Evin keçmiş mətbuat katibi teleaparıcı olacaq

25 May 2022 00:23

İslamTimes: Bu yaxınlarda Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verən Cen Psaki payızdan etibarən MSNBC telekanalına qoşulacaq. O, hazırda işlənmə mərhələsində olan yeni şouya aparıcılıq edəcək.


Psakinin şousunun 2023-cü ilin birinci rübündə təqdim ediləcəyi və siyasətlə bağlı olacağı bildirilir.

Qeyd edək ki, Ağ Evin keçmiş mətbuat katibinin artıq televiziya təcrübəsi var. O, 2017-2020-ci illərdə CNN-də siyasi ekspert olub.


Story Code: 995944

News Link :
https://www.islamtimes.org/az/news/995944/ağ-evin-keçmiş-mətbuat-katibi-teleaparıcı-olacaq

Islam Times
  https://www.islamtimes.org