QR CodeQR Code

Şimali Koreya ordusu 3 raket buraxıb - YENİLƏNİB-2

25 May 2022 07:59

İslamTimes: KXDR ordusu 3 raket buraxılışı həyata keçirib.


APA-nın Yonhapa istinadla xəbərinə görə, bu barədə Koreya Respublikasının Gərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Komitədən bildirilib ki, raketlər Pxenyan yaxınlığındakı bazadan buraxılıb. 1 ballistik və 1 qitələrarası raket Yapon dənizinə düşüb. Bir raketin buraxılışı isə uğursuz olub. O, 20 km yüksəkliyə qalxdıqdan sonra yoxa çıxıb.

***

02.28

KXDR Yapon dənizi istiqamətində daha bir ballistik raket buraxıb.

APA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadla məlumat yayıb.

Agentliyin hesablamasına görə, il başlayandan Pxenyan 16 raket buraxılışı həyata keçirib.


Story Code: 995960

News Link :
https://www.islamtimes.org/az/news/995960/şimali-koreya-ordusu-3-raket-buraxıb-yenilənib-2

Islam Times
  https://www.islamtimes.org