0
Wednesday 25 May 2022 - 07:59

Şimali Koreya ordusu 3 raket buraxıb - YENİLƏNİB-2

Story Code : 995960
Şimali Koreya ordusu 3 raket buraxıb - YENİLƏNİB-2
APA-nın Yonhapa istinadla xəbərinə görə, bu barədə Koreya Respublikasının Gərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Komitədən bildirilib ki, raketlər Pxenyan yaxınlığındakı bazadan buraxılıb. 1 ballistik və 1 qitələrarası raket Yapon dənizinə düşüb. Bir raketin buraxılışı isə uğursuz olub. O, 20 km yüksəkliyə qalxdıqdan sonra yoxa çıxıb.

***

02.28

KXDR Yapon dənizi istiqamətində daha bir ballistik raket buraxıb.

APA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadla məlumat yayıb.

Agentliyin hesablamasına görə, il başlayandan Pxenyan 16 raket buraxılışı həyata keçirib.