0
Wednesday 25 May 2022 - 10:30

"Ermənistan ərazisində dəhliz məntiqi ilə yol ola bilməz"

Story Code : 995981
"Ermənistan ərazisində dəhliz məntiqi ilə yol ola bilməz"
SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan “Armenpress” Xəbər Agentliyi ilə müsahibədə Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla telefon danışığında söylədiyi fikirlərə münasibət bildirərkən deyib: "Ermənistan Respublikasının mövqeləri dəyişməyib. Ermənistan ərazisində dəhliz məntiqi ilə yol və ya nəqliyyat marşrutu ola bilməz. Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasına aiddir."

Brüssel görüşünün yekunu olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin verdiyi bəyanatı xatırladaq erməni rəsmi qeyd edib ki, regional kommunikasiyaların açılmasını nəzərdə tutan razılaşmalarda sərhəd, gömrük nəzarəti, ödənişlərin alınması, beynəlxalq tranzitin təşkili məsələlərinə toxunulub.

Ermənistan Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, bunlar “Erməni qovşağı” layihəsinin həyata keçirilməsi üçün vacib məsələlərdir və Ermənistan hökuməti bu istiqamətdə ardıcıl şəkildə gedəcəkdir.