0
Wednesday 25 May 2022 - 17:53

İmran Xan: Mənim devrilmə planım ABŞ tərəfindən hazırlanıb

Story Code : 996034
İmran Xan: Mənim devrilmə planım ABŞ tərəfindən hazırlanıb
Bazar ertəsi Pakistanın sabiq baş naziri İmran Xan, onun devrilməsi planın Amerika hakimiyyəti tərəfindən hazırlandığını təkidlə vurğulayıb. İmran Xan bu məsələnin ifşa edilməsinin Pakistanda ciddi "anti-Amerika" dalğasının baş qaldırmasına səbəb olduğunu bildirib.

İmran Xan təxminən iki aydır ki, müxtəlif yollarla bu iddianı səsləndirir, lakin onu təsdiq etmək üçün hələ ki, hər hansı sübut təqdim etməyib. İmran Xanın Parlamentin onu vəzifəsindən kənarlaşdırmasından sonra CNN-ə verdiyi müsahibə, sabiq baş nazirin beynəlxlaq informasiya agentliklərinə ilk müsahibəsidir.

Sabiq Pakistan baş naziri son çıxışında xalqdan kütləvi etiraz aksiyaları keçirilməsini istəyib və bildirib ki, növbəti seçkilərdə o özü də namizədliyini irəli sürəcək.