0
Wednesday 25 May 2022 - 18:36

"Şirin Əbu Aqilə beynəlxalq ictimaiyyətin sionist rejimə qarşı passivliyinin qurbanıdır"

Story Code : 996043
"Şirin Əbu Aqilə beynəlxalq ictimaiyyətin sionist rejimə qarşı passivliyinin qurbanıdır"
İranın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəliyinin müavini və səfiri olan Zəhra İrşadi BMT TŞ-nin "Ariaa Formula" iclasında çıxışı zamanı çıxış edib. İclas jurnaslitlərə silahlı qarşıdurmalar zamanı məruz qaldıqları təacavüzkarlıqlarla bağlı dəstək məqsədi ilə keçirilib.
Xanım Zəhra İrşadi sionist rejim tərəfindən qətlə yetirilən Əl-Cəzirə telekanalının fələstinli jurnalisti şəhid Şirin Əbu Aqiləyə qarşı İsrail rejimi vəhşiliyinə işarə ilə bildirib:

"Son zamanlar sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinin daha da intensivləşdiyinə şahid oluruq. Uzun zamandır jurnalistika fəaliyyəti ilə məşğul olan Şirin Əbu Aqilə Cənin şəhərində işğalçı sionist rejim qüvvələri tərəfindən xüsusi soyuqqanlılıqla qətlə yetirildi. Şirin Əbu Aqilə xalqının qorxmaz səsi, milli həqiqət, ədalət, işğalçılığa qarşı mübarizə simvolu idi.  

İran nümayəndəsi bildirib ki, Şirin Əbu Aqilənin qaniçən İsrail rejimi tərəfindən qətlə yetirilməsi Fələstin xalqına qarşı törədilən cinayətlərin mediaya çıxmasının qarşısını almaq, ört-bastır edilməsi məqsədi ilə həyata keçirilib.

O həmçinin bildirib ki, Şirin Əbu Aqilə beynəlxalq ictimaiyyətin cinayətkar sionist rejimə qarşı passivliyinin qurbanıdır!