QR CodeQR Code

Sionistlər müsəlman gənci başından güllələyərək şəhid etdi

إسلام تايمز , 25 May 2022 19:33

İslamTimes: Nablos şəhərində həzrət Yusifin məqbərəsi yaxınlığında sionist rejim hərbçiləri ilə müsəlman fələstinlilər arasında baş verən qarşıdurmalar zamanı ən azı 77 fələstinli yaralanıb.


Əl-Cəzirə xəbər kanalı ötən gün yaydığı məlumatda bildirib ki, Nablos şəhərində həzrət Yusifin məqbərəsi yaxınlığında sionist rejim hərbçiləri ilə müsəlman fələstinlilər arasında baş verən qarşıdurmalar zamanı ən azı 77 fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyi də uyğun xəbər haqda məlumat verərək qeyd edib ki, sionistlərin güllə ilə başından vurduğu fələstinli gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə gün öncə də işğalçı İsrail rejimi hərbçiləri Cənin şəhərinə hücum zamanı müsəlman bir qız uşağını 2 saatdan artıq bir müddətdə hərbi maşınlarının önündə canlı qalxan kimi istifadə ediblər.


Story Code: 996045

News Link :
https://www.islamtimes.org/az/news/996045/sionistlər-müsəlman-gənci-başından-güllələyərək-şəhid-etdi

Islam Times
  https://www.islamtimes.org