0
Thursday 26 May 2022 - 00:06

New York Times: İsrail Səyyad Xudayiyə qarşı sui-qəsdi etiraf edib

Story Code : 996100
New York Times: İsrail Səyyad Xudayiyə qarşı sui-qəsdi etiraf edib
“The New York Times” qəzeti cümə axşamı səhər xəbər verib ki, müvəqqəti sionist rejim Tehranda Həsən Səyyad Xudayinin terroruna görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə New York Times yazaraq məlumat verib ki, sionist rejim rəsmiləri ABŞ hökumətinə məlumat veriblər ki, şəhid Səyyad Xudayinin terroru bu rejim agentlərinin işidir.

Qəzet öz hesabatında yazıb: “İsrail baş nazirinin sözçüsü qətllərlə bağlı şərh verməkdən imtina edib. Ancaq məlumatlı bir kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail ABŞ rəsmilərinə qətlin arxasında məhz sionist rejimin dayandığını bildirib”.