0
Thursday 26 May 2022 - 00:33

Çindən sərt xəbərdarlıq: Birləşmiş Ştatlar ağır bədəl ödəyəcək!

Story Code : 996101
Çindən sərt xəbərdarlıq: Birləşmiş Ştatlar ağır bədəl ödəyəcək!
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ prezidenti Co Baydenin Tayvanla bağlı son açıqlamalarına cavab olaraq çərşənbə axşamı xəbərdarlıq edib və bildirib ki, Birləşmiş Ştatlar Tayvanla bağlı yanlış addımlarına davam edərsə, ağır bir bədəl ödəyəcək.

Tass xəbər agentliyinin məlumatına görə, çinli diplomat ABŞ-ın “Vahid Çin” prinsipi ətrafında söz oyunu oynamağa davam etdiyini söyləyib və əlavə edib:

"Amerika tərəfinə xatırlatmaq istəyirəm ki, dünyada, hətta Birləşmiş Ştatların daxilində belə Tayvanın “separatçı” qüvvələrini məğlubiyyətdən xilas edə biləcək güc yoxdur."

Çin XİN rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar Tayvan məsələsində verdiyi vədləri pozaraq “Vahin Çin” prinsipini məhv edib. Bundan əlavə, rəsmi Vaşinqton gizli və açıq şəkildə “Tayvanın müstəqilliyinə” yönəlmiş separatçı fəaliyyətləri dəstəkləyib.