0
Thursday 26 May 2022 - 07:31

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcək

Story Code : 996151
BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcək
APA xəbər verir ki. bu barədə təşkilatın yayılan proqramında deyilir.

“Reuters“ agentliyinin ABŞ administrasiyasının rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Pxenyana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsinə səsvermənin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Şimali Koreya bir gün əvvəl üç raket sınağı keçirib.

Seulun məlumatına görə, Şimali Koreya çərşənbə günü üç ballistik raket atıb.

Cənubi Koreya ordusunun məlumatına görə, onlardan biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub.