0
Thursday 26 May 2022 - 08:50

Əfqanıstanda şiələrin kompakt yaşadığı şəhərdə üç ardıcıl partlayış törədilib, azı 10 ölən var

Story Code : 996157
Əfqanıstanda şiələrin kompakt yaşadığı şəhərdə üç ardıcıl partlayış törədilib, azı 10 ölən var
SalamNews AamajNews-a istinadən xəbər verir ki, bu partlayışlar şiə həzarələrin kompakt yaşadığı Məzar-Şərifdə mikroavtobuslarda həyata keçirilib.

Taliban hökumətinin Daxili İşlər Nazirliyinin Bəlx nümayəndəliyindən bildirlən məlumata görə, şəhərin üç fərqli yerində üç mikroavtobusa bomba quraşdırılıb və partlayıcılar qoyulub.

Bu üç partlayışda 11 nəfər həyatını itirib və yaralananlar var.

Eyni zamanda Kabildə Həzrət Zəkəriyya adlı məsciddə bomba partladılıb. Burada da beş inanclı həyatını itirib.

Məzar-Şərif hücumlarını İŞİD-in Əfqanıstan üzrə qanadı olan “Xorasan Vilayəti” üzərinə götürüb.