QR CodeQR Code

Rusiya XİN: Ukraynanın Aİ-yə daxil olmasına bütün vasitələrlə cavab veriləcək

26 May 2022 12:07

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyünün Rusiyanın təhlükəsizliyi üçün nəticələri Kiyevin NATO-ya daxil olması ilə müqayisə olunacaq.


Onun sözlərinə görə, Moskva hadisələrin bu cür inkişafına bütün mümkün vasitələrlə cavab verəcək.

SalamNews-un verdiyi xəbərə görə, diplomat onu da qeyd edib ki, qarşıdurma ritorikasına görə Avropa İttifaqını artıq NATO-dan ayırmaq çətindir.

"Bu şərtlər daxilində onların Ukraynanı NATO və ya Aİ-yə sürükləməyə çalışacaqları arasında ciddi fərq olmadığı göz qabağındadır. Bu, əslində, eyni anti-Rusiya medalının iki tərəfidir", deyə Kabrinets qeyd edib.


Story Code: 996180

News Link :
https://www.islamtimes.org/az/news/996180/rusiya-xin-ukraynanın-ai-yə-daxil-olmasına-bütün-vasitələrlə-cavab-veriləcək

Islam Times
  https://www.islamtimes.org