QR CodeQR Code

Putin: “Azərbaycan bir çox aktual məsələlərin həllində mühüm rol oynayır”

26 May 2022 11:30

İslamTimes: “Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib”.


APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.

Putin bildirib ki, Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.

“Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”, - o qeyd edib.


Story Code: 996182

News Link :
https://www.islamtimes.org/az/news/996182/putin-azərbaycan-bir-çox-aktual-məsələlərin-həllində-mühüm-rol-oynayır

Islam Times
  https://www.islamtimes.org