0
Thursday 26 May 2022 - 11:30

Putin: “Azərbaycan bir çox aktual məsələlərin həllində mühüm rol oynayır”

Story Code : 996182
Putin: “Azərbaycan bir çox aktual məsələlərin həllində mühüm rol oynayır”
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.

Putin bildirib ki, Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.

“Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”, - o qeyd edib.