QR CodeQR Code

"Bayden Tramp dövrünə aid sanksiyaların bir hissəsini saxlamaq istəyir"

إسلام تايمز , 28 May 2022 02:00

İslamTimes: Ulyanov: ABŞ Tramp dövründə İrana tətbiq edilmiş sanksiyaların bir hissəsini saxlamağa cəhd edir.


Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov Twitter hesabında yazıb:
"BHFP nüvə sazişi üzrə Vyana danışıqları iki ay yarımdır ki, dalana dirənib. Görünür, Birləşmiş Ştatlar Trampın İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini saxlamağa çalışır."

O, daha sonra bildirib:

"Vaşinqton nüvə silahının yayılmamasına sadiqdirsə, daha konstruktiv yanaşmaya sərgiləməyə ehtiyac duyur."

Bir neçə saat əvvəl Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi öz Tvitter hesabında yazıb:
“Bu gün mən İranın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri cənab Məhəmməd Rza Qaebi ilə görüşdüm. Biz Rəhbərlər Şurasının qarşıdan gələn iclası ilə bağlı məsələləri müzakirə etdik”...
 


Story Code: 996440

News Link :
https://www.islamtimes.org/az/news/996440/bayden-tramp-dövrünə-aid-sanksiyaların-bir-hissəsini-saxlamaq-istəyir

Islam Times
  https://www.islamtimes.org