0
Saturday 28 May 2022 - 19:28

İran prezidenti Azərbaycan xalqı və dövlətini təbrik edib

Story Code : 996579
İran prezidenti Azərbaycan xalqı və dövlətini təbrik edib
SalamNews xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, və bu ölkənin digər nazir və yüksək rütbəli rəsmiləri azərbaycanlı həmkarlarına ayrı-ayrılıqda məktub göndərərək, Müstəqillik Günü münasibətilə təbrik ediblər.

İran rəsmiləri Azərbaycan dövlətinə və xalqına firavanlıq və xoşbəxtlik arzulayaraq, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.