QR CodeQR Code

QƏZZA CINAYƏTLƏRININ SƏNƏDLƏRINI YOX ETMƏYƏ ÇALIŞIR!

Faktxeber.com , 17 Aug 2009 22:10

İnsan Haqqları Müşahidə Təşkilatı nəşr etdiyi hesabatda, sionist İsrail rejiminin Qəzza döyüşündəki cinayətlərini isbat edən sənədləri qaralamağa istiqamətli təbliğat döyüşünü qınadığını açıqlayıb.


Ötən cümə günü bir hesabat dərc edən İnsan Haqqları Müşahidə Təşkilatı başçısı Levin, İsrailin onlara istiqamətli tənqidləri yatırmaq üçün başqalarına böhtan atmaq əvəzinə, sionist ordunun işlədiyi cinayətləri araşdırması lazım olduğunu bildirib.

Levin, Təl-Əviv səlahiyyətlilərinin təşkilatın Qəzza cinayətləri ilə əlaqədar hesabatına cavab vermək yerinə, yalan iddialar gündəmə gətirərək təbliğat döyüşü başlatdığını ifadə edib.

Xatırladaq ki, bir müddət əvvəl sionist rejimin Xarici İşlər Nazirliyi nümayəndəsi, İnsan Haqqları Müşahidə Təşkilatının Qəzza döyüşündə sionistlərin işlədiyi cinayətlərlə əlaqədar hazırladığı hesabatın etibarsız və əskik olduğunu irəli sürmüşdü.


Story Code: 9976

News Link :
https://www.islamtimes.org/az/news/9976/qəzza-cinayətlərinin-sənədlərini-yox-etməyə-çalişir

Islam Times
  https://www.islamtimes.org