0
Sunday 5 June 2022 - 19:16

Nigeriyada kilsədə partlayış olub, onlarla ölü və yaralı var

Story Code : 997821
Nigeriyada kilsədə partlayış olub, onlarla ölü və yaralı var
APA-nın xəbərinə görə, bu barədə “This Day” qəzeti məlumat yayıb. Bildirilib ki, Nigeriyanın cənub-qərbində, Ondo ştatının Ovo dairəsində Müqəddəs Fransisk kilsəsi ərazisində güclü partlayış baş verib, ölənlər və çoxlu sayda xəsarət alanlar var.

Nigeriyanın “PM News” portalı ölənlərin sayının 50 nəfərə çata biləcəyini yazıb.

Hələlik partlayışla bağlı rəsmi məlumat açıqlanmayıb. “Sahara Reporters” portalı isə artıq partlayışı terrorçuların törətdiyini yazıb.