0
Sunday 5 June 2022 - 21:51

Maariv: Hizbullahın 100.000 raketi var

Story Code : 997841
Maariv: Hizbullahın 100.000 raketi var
Sionist “Maariv” qəzeti bu gün iddia edib ki, sionist rejimin təhlükəsizlik qurumları Hizbullahın müxtəlif tipli 100 min raketə malik olduğunu təxmin ediblər.

Qəzet 2006-cı ildə Livana qarşı ikinci müharibədən sonra Hizbullahın raket arsenalındakı raketlərin sayının kəskin şəkildə artdığını və İsrail rejimi üçün təhlükənin artdığını əlavə edib.

Bu hesabatda "Missile Threat" saytına istinadən xəbər verilir ki, "Hizbullah"ın raket arsenalının böyük hissəsi 20 kiloqram ağırlığında və 40 kilometr uçuş məsafəsinə malik "Katyuşa" raketlərindən ibarətdir.

Hesabatda daha sonra iddia edilir ki, Hizbullahın Fəcr raketləri də var. "Fəcr 3" raketi 43 km uçuş məsafəsinə malikdir və döyüş başlığının çəkisi 45 kq-a çatır. “Fəcr 5” raketi isə 75 km məsafədəki hədəfi məhv etməyə qadirdir və 90 kq ağırlığında döyüş başlığı daşıya bilir.