0
Monday 17 August 2009 - 22:41

İSMAYIL HƏNIYƏ VƏHABILƏRLƏ BAŞ VERMIŞ DÖYÜŞDƏN DANIŞDI

Story Code : 9979
İSMAYIL HƏNIYƏ VƏHABILƏRLƏ BAŞ VERMIŞ DÖYÜŞDƏN DANIŞDI
"Biz faktiki olaraq "Cund Ansar Allah" ilə döyüşməyə məcbur idik. Çünki onların döyüşçüləri bizim təhlükəsizlik məmurlarını görən kimi üzərlərində olan partlayıcı qurğuları partlatdılar"-deyən İsmayıl Haniyə onların liderinin Qəzzada fitnə saldığını və bu səbəbdən də təkfir edici ideologiyaya uyğun olaraq Həmas-ı kafir adlandırdığını bildirib.

O həmçinin embarqo ilə Qəzzalıları sındıra bilməyənlərin "təkfir" ilə fitnə salmaq üçün bu kəslərdən bəzi qüvvələrin istifadə etdiyini önə çəkərək vəhabilərə üz tutaraq təkfirçi əməllərdən uzaq olmağı istəyib.

Bu arada Fələstin Parlamentinin Daxili Təhlükəsizlik Komissiyasının sədri İsmayıl əl-Eşkarda vəhabilərlə olan toqquşmalra münasibət bildirərək bu təkfirçi qruplaşmasını Abbas höküməti ilə əlaqələndirib. O çıxışında: "Bu təkfirçi qruplar yalan yerə İslama bağlı olduqlarını söyləyirlər. Bu qruplar Qəzza cəmiyyətini bütün olaraq təkfir edir. Təbii ki, bu insanlar göydən zənbillə enmədi. Bunlardan çoxu maaşlarını Ramallahdakı qeyri qanuni rəhbərlikdən alan insanlardır(Mahmud Abbas höküməti)"-deyərək bu barədə faktların olduğunu bildirib.

Nəzərinizə çatdıraq ki, dünən və bu gün Əl Qaidənin sponsorluğu ilə yaradılan radikal vəhabilərdən ibarət "Cund Ansar Allah" adlı qruplaşma ilə Həmasın hərbi qolu "İzzəddin Əl Qəssam" briqadası döyüşçüləri arasında silahlı qarşıdurmalar baş vermişdi.

Olaylar məsciddə cümə xütbəsi edən və öldürülməsi indi məlum olan Əbdül Lətif Əl Musanın: "Fələstin ərazisində İslam əmirliyi yaradılması və Ben Ladenə beyət edilməsinə çağırdıqdan sonra başlayıb.

O məsciddə cümə xütbəsi edərkən Həmasa işarə edərək İsrail ilə döyüşü haram etmişdi.

Xütbəsində o Həmaslıları kafir adlandıraraq, "Kafirə qarşı kafirə dəstək vermərik" (Yəni İsrailə qarşı Həmasa dəstək vermərik)-fətvasını vermişdi.
Source : İslam-Azeri.az
Comment